...

Birinci rübdə 56 min manatadək vəsait istehlakçılara qaytarılıb - Dövlət Agentliyi

İqtisadiyyat Materials 16 Aprel 2025 15:09 (UTC +04:00)
Birinci rübdə 56 min manatadək vəsait istehlakçılara qaytarılıb - Dövlət Agentliyi
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçılardan daxil olan 1462 müraciətə baxılıb.

Bu barədə Trend-ə Agentlikdən məlumat verilib.

Qeyd edilib ki, təmin olunmuş 595 müraciət əsasında 56 min manatadək vəsait istehlakçılara qaytarılıb.

“İstehlakçı hüquqlarının qorunmasına yönələn tənzimləyici tədbirlər istehlakçıları bazarda qarşılaşa biləcəkləri ədalətsiz biznes təcrübələrindən qoruyur. Rəqabətli bazar şəraitinin inkişafını stimullaşdırmaqla istehlakçıların iqtisadi gücünü və seçim imkanını artırır”, - məlumatda bildirlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti