...

Türk İnvestisiya Fondu Orta dəhlizinin investisiya imkanlarını diqqətlə izləyir (ÖZƏL)

İqtisadiyyat Materials 5 May 2025 10:01 (UTC +04:00)
Türk İnvestisiya Fondu Orta dəhlizinin investisiya imkanlarını diqqətlə izləyir (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Türk İnvestisiya Fondu Orta dəhlizin investisiya imkanlarını diqqətli izləyir.

Bunu Trend-ə təşkilatdan olan mənbələr bildirib.

“Türk dünyasının ilk ortaq maliyyə qurumu olan Türk İnvestisiya Fondu 2024-cü ilin noyabrında Türkiyə Respublikası ilə Ev Sahibliyi Sazişinin qüvvəyə minməsindən sonra rəsmi olaraq fəaliyyətə başlayıb. Həmin vaxtdan etibarən fond möhkəm institusional strukturun qurulmasına və iştirakçı ölkələrin hamısından ixtisaslı mütəxəssislərdən ibarət komandanın formalaşdırılmasına fokuslanıb”, - fondan bildirilib.

Mənbələrin məlumatına görə, fond hazırda bütün maliyyə əməliyyatlarının əsasını təşkil edəcək, hərtərəfli İnvestisiya siyasətinin formalaşdırılması üzərində çalışır. Həmin siyasətin fondun direktorlar şurası tərəfindən təsdiqlənməsindən sonra, o qurumun ticarətin və investisiya axınlarının inkişafı, regionda sahibkarlığa dəstək, və həm Türk dünyası daxilində həm də onun hüdudlarından kənarda əlaqələndirmə və iqtisadi inteqrasiyanın gücləndirilməsinə yönəlmiş investisiya fəaliyyəti üçün təməl olacaq.

Fond rəsmi olaraq investisiya fəaliyyətinə başlamasa da, iştirakçılar arasında artıq əməkdaşlıq aparılmaqdadır. Azərbaycanda milli inkişaf strategiyalarına uyğun gələn - infrastruktur, energetika, dayanıqlı kənd təsərrüfatı, regional əməkdaşlıq, Qarabağın bərpası, o cümlədən mümkün təkrar-maliyyələşmə sahələrinə aid layihələr müzakirə olunur.

“Anoloji danışıqlar digər iştirakçı ölkələr, o cümlədən Macarıstan, Qazaxıstan , Qırğızıstan, Türkiyə və Özbəkistanla aparılır. Fond əsas diqqəti potensial əməkdaşlıq istiqamətlərinin və prioritet sahələrin müəyyənləşdirilməsinə yönəldib, habelə, eyni zamanda dayanıqlı inkişaf və “yaşıl” iqtisadiyyata keçidə də xüsusi önəm verilir. Ələlxüsus, fond Asiya və Avropa mühüm ticarət marşrutu kimi strateji əhəmiyyət qazanan Orta Dəhlizlə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əlaqədar perspektivləri diqqətlə izləyir”, - təşkilatdan vurğulanıb.

Qeyd olunur ki, bu yaxınlarda 600 milyon dollara qədər qaldırılmış nizamnamə kapitalı, fəaliyyətinə yeni başlamış təşkilat üçün güclü başlanğıc nöqtəsi hesab olunur.

Təşkilat gələcəkdə bu rəqəmin artacağını gözləyir. Bu isə yeni ölkələrin qoşulması və kapitalın səfərbər olunması, o cümlədən milli və beynəlxalq maliyyə institutları ilə birgə maliyyələşdirmə tərəfdaşlıqları hesabına mümkün olacaq. Bu tərəfdaşlıqlar fonda təsir dairəsini genişləndirmək və “Türk dünyasının inteqrasiya olunmuş rifahı” missiyasını yerinə yetirmək imkanı verəcək.

Mənbələrin sözlərinə görə, davamlı inkişaf fondun strateji proqramının mərkəzində yer alacaq. Təşkilat ekoloji dayanıqlığın artırılmasına, iqtisadi inklüzivliyə və məsuliyyətli inkişafa yönəlmiş layihələri dəstəkləməyə sadiqdir.

O da qeyd olunur ki, fond bərpaolunan enerjidən tutmuş transregional ticarət və logistikaya, iqlim yönümlü kənd təsərrüfatı və səmərəli su təchizatına qədər, - uzunmüddətlidəyərlərin yaradılmasına hədəflənib. Eyni zamanda fond Türk Dövlətləri Təşkilatı çərçivəsində Quraqlığın qarşısının alınması institutu kimi regional təşəbbüsləri dəstəkləyir və aktiv olaraq iqlim məsələləri ilə bağlı çoxtərəfli forumlarda iştirak edir.

"Yaxın gələcəkdə üzvlük genişlənməsi ilə bağlı konkret planlar olmasa da, fond onun prinsiplərini bölüşən digər ölkələr və təşkilatlarla əməkdaşlığa açıqdır. Eyni zamanda, əsas diqqət hazırkı iştirakçı ölkələrdə hiss olunan sosial-iqtisadi nəticələrin əldə edilməsinə yönəlib. Fond, iqtisadi tərəfdaşlığın konkret nümunəsi olaraq, 2025-ci il fevralın 14-də Bakıda keçirilən biznes forum çərçivəsində Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) ilə Anlaşma Memorandumu imzalayıb", – fondun nümayəndələri bildiriblər.

Mənbələr bildirirlər ki, beynəlxalq əməkdaşlqı fondun əsas prioritetlərindən biri olaraq qalmaqdadır. Həmkarlar ittifaqları, ticarət palataları və inkişaf agentlikləri ilə tərəfdaşlıq fonda regional iqtisadi inteqrasiyanı gücləndirməyə və trans-sədrhəd investisiyalara vasitəçilik etməyə imkan verəcək.

“Uzunmüddətli perspektivdə Türk İnvestisiya Fondu Türk aləmində flaqman iqtisadi əməkdaşlıq institutuna çevrilməyə - təkcə iştirakçı-ölkələrdə inkişafa dəstək olan yox, həm də regionda qlobal iqtisadi iştirakı gücləndirən bir platforma olmağa can atır.,” –deyə fonddan bildiriblər. Onun strateji mandatı, artan kapital bazası və dayanıqlı inkişafa sadiqliyi ilə fond türk regionunda çiçəklənmənin və inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevriləcək,” – fondan əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti