...

Türkmənistan Azərbaycandan qeyri-neft məhsulları alışını azaldıb

İqtisadiyyat Materials 6 May 2025 16:34 (UTC +04:00)
Türkmənistan Azərbaycandan qeyri-neft məhsulları alışını azaldıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Türkmənistana 12,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 milyon ABŞ dolları və ya 26,3% azdır.

Hesabat dövründə Türkmənistana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 1,61%-i həcmində olub. Bununla da Türkmənistan Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 10-cu pillədə qərarlaşıb.

Eyni zamanda, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanla Türkmənistan arasında ticarət əməliyyatlarının həcmi 77,7 milyon ABŞ dolları təşkil edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 19,2 milyon ABŞ dolları və ya 19,8% azdır. Hesabat dövründə Türkmənistan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,64%-i həcmində olub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Türkmənistana 13,1 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,9 milyon ABŞ dolları və ya 22,9% azdır.

Həmçinin, 2025-ci ilin yanvar-mart aylarında Türkmənistandan Azərbaycana 64,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 15,3 milyon ABŞ dolları və ya 19,2% azalma deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib. Son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti