...

Dörd ayda əhalinin əczaçılıq məhsulları və tibbi ləvazimatlara çəkdiyi xərc açıqlanıb

İqtisadiyyat Materials 14 May 2025 11:42 (UTC +04:00)
Dörd ayda əhalinin əczaçılıq məhsulları və tibbi ləvazimatlara çəkdiyi xərc açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçılara 465 milyon manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,1 milyon manat və ya 15,7% çoxdur.

Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçılara 401,9 milyon manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılmışdı.

Əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,5% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6%, qeyri-ərzaq malları üzrə 6,4% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti