...

Bu il əhali içki və tütünə 900 milyon manatdan çox pul xərcləyib

İqtisadiyyat Materials 15 May 2025 12:39 (UTC +04:00)
Bu il əhali içki və tütünə 900 milyon manatdan çox pul xərcləyib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçılara 902,9 milyon manat məbləğində içkilər və tütün məmulatları satılıb.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, ötən ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara içkilər və tütün məmulatları satışından əldə edilən gəlir 21,3 milyon manat və ya 2,4% artıb.

Belə ki, 2024-cü ilin eyni dövründə Azərbaycanda əhali içkilər və tütün məmulatlarına 881,6 milyon manat xərcləyib.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində içkilər və tütün məmulatlarına sərf olunan vəsait ümumi pərakəndə ticarət dövriyyəsinin 4,9%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6%, qeyri-ərzaq malları üzrə 6,4% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti