Bakı. Trend:
Cari yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1,180 milyon və ya 9,6 faiz çox sərnişin daşınıb.
Bu barədə TrendDövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 2% artaraq 130,1 min ton olub.
Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,0% və 5,7% artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 76,1 milyon ton yük daşınıb. Yüklərin 3,9%-i dəniz, 7,5%-i dəmir yolu, 0,2%-i hava, 59,2%-i avtomobil nəqliyyatı, 29,2%-i isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 4,4% artıb, daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,4% təşkil edib. 2025-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 659,6 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,3%-i avtomobil nəqliyyatı, 11,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.