Bakı. Trend:
Azərbaycanla Qvineya arasında investisiya üzrə fəaliyyət imkanları müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində Qvineyanın planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri İsmael Nabe ilə görüşməkdən məmnun olduq. Ölkələrimizin iqtisadi-ticarət və investisiya üzrə fəaliyyət imkanları, infrastruktur, enerji, təbii resurslardan səmərəli istifadə, bilik və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etdik", - deyə paylaşımda qeyd edilib.