Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 1,451 milyon dekalitr meyvə şirələri istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20 min dekalitr və ya 1,4% azdır.
Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 1,471 milyon dekalitr meyvə şirələri istehsal edilib.
Bu ilin may ayının birinə ölkədə hazır məhsul ehtiyatının miqdarı 712,6 min dekalitr təşkil edib.
Qeyd edək ki, bəhs olunan dövrdə ölkədə 1,778 milyard manatlıq qida məhsulları istehsal edilib.
Məlumat üçün bildirək ki, 1 dekalitr 10 litrə bərabərdir. Bu ölçü vahidi, əsasən, mayelərin həcmini ifadə etmək üçün istifadə olunur.