Bakı. Trend:
2025-ci ilin yanvar-aprel ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 45 790 nəfər və ya 0,89% artıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin 1 may tarixinə uçota alınmış sığortaolunanların sayı 5 209 380 nəfər təşkil edib.