...

Təminat Fondunun xərclərinin optimallaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir – Hesablama Palatası

İqtisadiyyat Materials 27 May 2025 12:21 (UTC +04:00)
Təminat Fondunun xərclərinin optimallaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir – Hesablama Palatası
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Son illər ərzində risk faktorlarından hesab edilən dövlət müəssisələrinin dövlət zəmanətli maliyyə öhdəliklərinə vaxtında xidmət göstərə bilməməsi səbəbindən həm xarici, həm də daxili borc öhdəliklərinin Təminat Fondunun vəsaiti hesabına kreditorlara təmin edilməsi xüsusi diqqət tələb edən məsələlərdən biridir.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

“Məlumatlar göstərir ki, Təminat Fondundan icra olunan vəsaitin həcmi ilbəil artmaqdadır ki, bu da Fondun uzunmüddətli maliyyə dayanıqlılığı baxımından müəyyən risklər yaranmasını şərtləndirir. Eyni zamanda, Fondun gəlir mənbələrindən hesab edilən təkrar borc müqavilələri üzrə icraçı təşkilatlar tərəfindən hər il ödənilməsi lazım olan məbləğlər çox az icra edilsə də, zəmanət verilmiş öhdəliklər həm büdcə, həm də Təminat Fondundan ödənilir. Bu vəziyyət Təminat Fondunun faktiki olaraq xərc mənbəyi kimi fəaliyyət göstərməsinə səbəb olur”, - məlumatda qeyd olunub.

“Belə şəraitdə Fond qarşısında öhdəlik daşıyan təşkilatların vaxtında və tam şəkildə öhdəliklərini yerinə yetirmələrinə nəzarət mexanizmlərinin gücləndirilməsi, həmçinin, Fondun xərclərinin optimallaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir”, - deyə vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti