...

ARDNF istiqrazlara investisiyaları 15%-ə yaxın azaldıb

İqtisadiyyat Materials 21 İyul 2025 11:47 (UTC +04:00)
ARDNF istiqrazlara investisiyaları 15%-ə yaxın azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlara investisiyaları 42,583 milyard manat olub.

Trend bu barədə Fonddan məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 7,4 milyard manat və ya 14,8% azdır. Belə ki, 2023-cü ilin sonuna bu məbləğ 49,983 milyard manat olmuşdu.

Qeyd edək ki, ARDNF neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. Fond büdcədənkənar, ayrıca dövlət təsisatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti