Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 817,048 milyon manat sığorta haqqı yığılıb.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 91,886 milyon manat və ya 12,7% çoxdur.
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 725,162 milyon manat sığorta haqqı toplanılmışdı.
Bəhs olunan dövrdə ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta” ASC (390,8 milyon manat) olub. İkinci yerdə 182,3 milyon manat sığorta haqqı ilə “Paşa Sığorta” ASC, üçüncü yerdə 57,4 milyon manat sığorta haqqı ilə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC qərarlaşıb.
Yanvar-iyun aylarında sığorta yığımlarına görə şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:
Şirkət adı |
Məbləğ (min manat) |
“Paşa Həyat Sığorta” |
390 813 |
“Paşa Sığorta” |
182 271 |
“Atəşgah Həyat” Sığorta Şirkəti |
57 377 |
“Qala Sığorta” |
49 912 |
“Atəşgah” Sığorta Şirkəti |
30 598 |
“Azərbaycan Sənaye Sığorta” |
16 580 |
“Meqa Sığorta” |
15 573 |
“Xalq Sığorta” |
14 181 |
“Qala Həyat” Sığorta Şirkəti |
13 305 |
"Aqrar Sığorta" |
13 263 |
“A-Qroup Sığorta Şirkəti” |
9 140 |
“Meqa Həyat Sığorta” |
7 957 |
"Xalq Həyat" Sığorta Şirkəti |
5 274 |
“AtaSığorta” |
4 833 |
“AzSığorta” |
4 651 |
“İpək Yolu Sığorta” |
1 319 |