...

Azərbaycanda bu şəxslərin hazır qida ilə təminatına 10,3 milyon manat sərf olunacaq

İqtisadiyyat Materials 1 Noyabr 2025 11:48 (UTC +04:00)
Azərbaycanda bu şəxslərin hazır qida ilə təminatına 10,3 milyon manat sərf olunacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sosial xidmət müəssisələrinin sakinlərinin qida təminatının yaxşılaşdırılması istiqamətində növbəti addım atılır.

Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi sözügedən müəssisələrin sakinlərinin hazır yeməklərlə təmin edilməsi üçün yeni müqavilə imzalayacaq.

Layihə çərçivəsində Bakı, Gəncə, Şəki, Lənkəran, Göygöl, Şamaxı, Abşeron və Qobustan rayonlarında yerləşən müxtəlif psixonevroloji müəssisələr, uşaq evləri, ailə tipli kiçik qrup evləri, ahıllar evi, sosial adaptasiya və reabilitasiya mərkəzləri bu proqramdan yararlanacaq.

Ümumilikdə minlərlə sakin bu layihə çərçivəsində dövlət tərəfindən təşkil olunan hazır qida təminatı ilə əhatə olunacaq.

Dövlət xidməti sözügedən qrupa aid şəxslərin qida təminatına 10,3 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Bu addım sosial rifahın gücləndirilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin təmin olunması və onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətin davamlı qayğısının növbəti təzahürüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti