...

Azərbaycanda dövlət əmlaklarının qiymətləndirilməsinə başlanılır

İqtisadiyyat Materials 10 Noyabr 2025 12:00 (UTC +04:00)
Azərbaycanda dövlət əmlaklarının qiymətləndirilməsinə başlanılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən dövlət əmlaklarının qiymətləndirilməsi işlərinə başlanılır.

Trend-in məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti artıq bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, görüləcək işlər çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında qanunvericiliyə uyğun olaraq Kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən daşınar dövlət əmlaklarına baxış keçirilməsi, ərazi üzrə monitorinqlərin təşkil edilməsi, yerləşmə mövqeyinin müəyyən edilməsi, fotoşəkillərin çəkilməsi və real bazar dəyərinə uyğun qiymətləndirilməsi, eləcə də dövlət müəssisə və təşkilatlarının balansında olan və hərraca çıxarılacaq nəqliyyat vasitələrinin qiymətləndirilməsi işləri aparılacaq.

Dövlət xidməti hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum görüləcək işlərin 899 986 manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti