...

Azərbaycanda bankların kredit portfeli 1% artıb

İqtisadiyyat Materials 25 Dekabr 2025 12:24 (UTC +04:00)
Azərbaycanda bankların kredit portfeli 1% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanda bankların kredit portfeli 1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyard manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Kredit portfelinin strukturunda biznes kreditlәri – 53.2% (15,805 milyard manat), istehlak kreditlәri – 31.4% (9,319 milyard manat) vә ipoteka kreditlәri – 15.4% (4,562 milyard manat) təşkil edib.

Bankların öhdәliklәrinin strukturunda depozit portfeli üstünlük tәşkil edir (cәmi öhdәliklәrin 72.2%-i vә ya 37,202 milyon manat).

Depozit portfelinin 57.4%-i (21,354 milyard manat) hüquqi şәxslәrin, 42.6%-i (15,848 milyard manat) fiziki şәxslәrin depozitlәrindәn (fәrdi sahibkarlıqla mәşğul olan fiziki şәxslәrin depozitlәri istisna olmaqla) ibarәtdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti