...

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 12%-ə yaxın artıb

İqtisadiyyat Materials 7 Yanvar 2026 15:55 (UTC +04:00)
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 12%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 6 milyard 448,3 milyon manat olub.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu mənbədən daxilolmalar 2024-cü illə müqayisədə 11,9 faiz və ya 684,9 milyon manatdan çox artıb.

Eyni zamanda dövr ərzində qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 12,2 faiz artaraq 4,3 milyard manata yaxın təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti