Bakı. Trend:
2025-ci ildə Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 228,9 milyon manata yaxın olub.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu sahə üzrə daxilolmalar 2024-cü illə müqayisədə 10 faiz artıb.
Qeyd edilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 10,5 faiz artaraq 173,3 milyon manatdan çox təşkil edib.
Ümumilikdə, 2025-ci il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 853,5 milyon manat çoxdur.
2024-cü illə müqayisədə vergi daxilolmaları 545,5 milyon manat və ya 3,5 faiz artıb.
