...

Dövlət Neft Fondunun investisiya portfelində qızıl və daşınmaz əmlakın payı artıb

İqtisadiyyat Materials 27 Yanvar 2026 11:11 (UTC +04:00)
Dövlət Neft Fondunun investisiya portfelində qızıl və daşınmaz əmlakın payı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və pul bazarı alətlərinin xüsusi çəkisi 29,8%-ə bərabər olub.

Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.

Məlumata görə, bu, əvvəlki ilə nisbətən 17,1 faiz bəndi azdır.

Eyni zamanda hesabat dövründə ARDNF-nin investisiya portfelində səhmlərin payı isə 25,6% təşkil edib ki, bu da illik müqayisədə 1 faiz bəndi azdır.

Bundan başqa, Fondun investisiya portfelində qızılın payı 20,6%-dən (127 ton) 38,2%-ə (200 ton) yüksəlib.

Hesabat dövründə ARDNF-nin investisiya portfelində daşınmaz əmlak və infrastrukturun payı isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz bəndi artaraq 6,4%-ə çatıb.

Hesabat dövrünə ARDNF-nin investisiya portfelinin dəyəri 73,540 milyard ABŞ dolları təşkil edib ki, bu ötən ilin eyni dövrünə nisbətən 13,5 milyard ABŞ dolları və ya 22,5% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti