Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 73,540 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə nisbətən 13,5 milyard ABŞ dolları və ya 22,5% çoxdur.
Hesabat dövrünə ARDNF-nin investisiyalarının 70,4%-i və ya 51,772 milyardı ABŞ dollarındadır. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 faiz bəndi çoxdur.
Eyni zamanda Fondun investisiya portfelində avronun payı bir il əvvəlki göstərici ilə müqayisədə 21,1%-dən 17,5%-ə və ya 10,926 milyard avroya enib.
İnvestisiya portfelində ingilis funt sterlinqinin payı 4,9% və ya 2,659 milyard funt sterlinq təşkil edib ki, bu da illik müqayisədə 1,4 faiz bəndi çoxdur.
Həmçinin bu ilin yanvarən 1-nə ARDNF-nin investisiya portfelində Çin yuanınln payı 0,4 faiz bəndi azalaraq 2,2% (11,447 milyard), Yapon yeninin payı 1,3 faiz bəndi azalaraq 1,3% (150,940 milyon), digər xarici valyutaların payı isə 2,3 faiz bəndi artaraq 3,7% (2,164 milyard dollar ekvivalentində) təşkil edib.
