...

ARDNF istiqraz portfelində "AA", “A” “BBB” reytinqli alətlərin payını artırıb

İqtisadiyyat Materials 27 Yanvar 2026 11:29 (UTC +04:00)
ARDNF istiqraz portfelində "AA", “A” “BBB” reytinqli alətlərin payını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 38,2%-i “AA” reytinqli (ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz bəndi çox) olub.

Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Fond “AAA” reytinqli alətlərin xüsusi çəkisini 22,5%-dən 21,3%-ə endirib.

Əvəzində Fond “A” reytinqli alətlərin xüsusi çəkisini 17 %-dən 26,7%-yə, “BBB” reytinqli alətlərin xüsusi çəkisini 10,9%-dan 12,9%-a, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisini isə 0,4%-dən 0,9%-a yüksəldib.

Hesabat tarixinə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 12,7%-i 0-1 il, 32,2%-i 1 ildən 3 ilədək, 29,1%-i 3-5 il, 26,1%-i 5 ildən artıq müddətə yerləşdirilib. Bu rəqəmlər 1 il bundan əvvəl müvafiq olaraq 17%, 29,3%, 26,4% və 27,3% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti