Bakı. Trend:
2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 1 milyard 505 milyon manat məbləğinda sığorta haqqı toplanıb. Bu göstərici ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 11,2% çoxdur.
Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi 920,4 milyon manat təşkil edib və illik ifadədə 22,3% artıb.
2025-ci ildə həyat sığortası növləri üzrə 642,9 milyon manat sığorta haqqı toplanıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur. Bu məbləğin 637 milyon manatı könüllü həyat sığortasının, 5,9 milyon manatı isə icbari həyat sığortasının payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlərin həcmi 3% artaraq 277,5 milyon manata çatıb. O cümlədən, könüllü sığorta növləri üzrə ödənişlər 136,9 milyon manat, icbari sığorta növləri üzrə isə 140,6 milyon manat təşkil edib.
