Bakı. Trend:
Bu il yanvar ayının 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85,56 milyard ABŞ dollarına çatıb.
Trend xəbər verir ki, ötən ilin sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 73,541 milyard ABŞ dollarına çatıb.
Strateji valyuta ehtiyatlarının 11,515 milyard dolları isə Mərkəzi Bankın ehtiyatlarının payına düşüb.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 14,165 milyard ABŞ dolları və yaxud 19,8% artıb.
Beləliklə, ölkənin strateji valyuta ehtiyatları 2026-cı ilin yanvarın 1-nə 85 milyard ABŞ dollarını ötüb.
