...

2025-ci ildə Azərbaycanın milli ödəniş sistemləri vasitəsilə aparılmış əməliyyatların həcmi açıqlandı

İqtisadiyyat Materials 28 Yanvar 2026 12:51 (UTC +04:00)
2025-ci ildə Azərbaycanın milli ödəniş sistemləri vasitəsilə aparılmış əməliyyatların həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərabycanda ani ödəniş sistemləri ilə (AÖS) aparılmış əməliyyatların həcmi 368,8 milyon manat, miqdarı isə -1,5 milyon ədəd təşkil edib.

Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən məlumat verir.

2025-ci ildə Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖNKS) vasitəsilə aparılan əməliyyatların həcmi 6,8 milyard manatı, sayı isə 9,6 milyon ədədi keçi

2025-ci ildə Milli Hesablaşmalar Sistemində (AZİPS) real vaxt rejimində aparılan əməliyyatların həcmi 99,4 milyard manatdan çox, sayı isə 304,3 min ədəd təşkil edib.

Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.

Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım 8% və ya 2,026 nəfər olub.

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkil edib.

Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti