Bakı.Trend:
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə dəmir yolları ilə 20 099.88 ton taxıl göndərilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilir ki, sonuncu dəfə fevralın 1-i Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti taxıl yüklü vaqonlar göndərilib. Həmin vaqonlarda ümumi çəkisi 1 746 ton taxıl olub.
ADY-dən əlavə edilib ki, indiyədək göndərilən taxıl yüklü vaqonların 5577.2 tonu ötən il, 14 942.38 tonu isə bu il Azərbaycandan Ermənistana yola salınıb.
