...

Iranın "Pars-Cənubi" qaz yatağına 40 milyard dollar sərmayə yatırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2007 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı / müxbir Trend D.Xatınoğlu/ İranın neft nazirinin müavini Mənsur Müəzzəmi (Mansour Moazzami) İranın "Pars-Cənubi" qaz yatağına indiyədək 40 milyard dollar sərmayə yatırılmasını bildirib. İranın İRNA agentliyinin məlumatına əsasən, M.Müəzzəmi bildirib ki, "Pars-Cənubi"yə daha artıq sərmayələrin yatırılması planlaşdırılır və "Pars-şimali" yatağına isə 20 milyard dollar vəsait ayrılalcaq.

İranın "Pars-Cənubi" qaz yatağı 18 fazadan təşkil olunmuş bir plandır. Hazırda bu planın 12 fazası üzrə işlər aparılır. Bu yatağın İranın 50% və dünyanın 9% qazını təşkil edərək, 14 trilyon m3 qaz və 5 milyard barel neft ehtiyatı var.

İranın Neft Nazirliyinin müvəqqəti sədri Qulamhüseyn Nozəri "Pars-Cənubi"nin 6-ci fazasının başa çatmasını, 7-ci və 8-ci fazaların isə 3 aya bitəcəyini bilririb.

Xəbər lenti

Xəbər lenti