...

Avropa Komissiyası: "Biz Mərkəzi Asiyada sərmayə mühitini yaxşılaşdırmaq istəyirik"

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2007 12:45 (UTC +04:00)
Avropa Komissiyası: "Biz Mərkəzi Asiyada sərmayə mühitini yaxşılaşdırmaq istəyirik"

Almaniya, Berlin / Trend müxbir V.Şərifov/ Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya ilə əməkdaşlığın fəal inkişafı üçün sərmayə, təhsil, nəqliyyat, energetika və terrorla mübarizə sahələrini mühüm hesab edir. Bu barədə Berlində Avropa Komissiyasının xarici əlaqələr üzrə üzvü Benita Ferrero-Valdner bildirib.

"Biz Mərkəzi Asiya ölkələrinin inkişaf dinamikasını artırmaq və sərmayə mühitini yaxşılaşdırmaq istəyirik" - deyə o, bu həftə Almaniyada keçirilən "Mərkəzi Asiya və Avropa: XXI əsr üçün yeni iqtisadi tərəfdaşlıq" adlı konfransda bildirib.

Konfransda əsasən iqtisadi inkişaf, ticarət, regional iqtisadi inteqrasiyaya yardım məsələləri diqqət mərkəzindədir. Konfrans Almaniya Federal XİN və BMT AEK ilə birgə təşkil olunub.

"Boru kəmərləri marşrutlarının diversifikasiyası yalnız Aİ üçün maraqlı deyil, bu həm də Mərkəzi Asiyanın yeni bazara daxil olması deməkdir" - deyə o bildirib.

Hazırda Aİ Xəzərin dibi ilə Tarnsxəzər qaz kəməri və "Nabukko" boru kəmərinin tikintisində fəallıq göstərir. Aİ ölkələrinə qaz Azərbaycandan savayı Qazaxıstan və Türkmənistandan tədarük olunacaq.

Xəbər lenti

Xəbər lenti