...

Azərbaycanın İpoteka Fondu 2008-ci ilin yanvar ayından fəaliyyətini bərpa edəcək- AİF-in rəhbəri (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2007 18:16 (UTC +04:00)
Azərbaycanın İpoteka Fondu 2008-ci ilin yanvar ayından fəaliyyətini bərpa edəcək- AİF-in rəhbəri (video)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ 2007-ci ilin iyun ayında fəaliyyətini dayandıran Azərbaycan İpoteka Fondu (AİF) 2008-ci ildən fəaliyyətini bərpa edəcək. Bu barədə AİF-in icraçı direktoru Faiq Məmmədov çərşənbə günü Xəzər İşgüzar və İnteqrasiya Klubunun (CIBC) görüşündə bildirib.

Məmmədovun sözlərinə görə, keçmiş təcrübədən fərqli olaraq, Fond yalnız güzəştli sosial ipoteka krediti verəcək.

Vəsait çatışmazlığına görə, AİF 2007-ci iyun ayında fəaliyyətini dayandırıb. 2006-cı ilin dövlət büdcəsindən fonda 26 mln. manat, 2007-ci ilin büdcəsindən 20 mln. manat ayrılıb. 2008-ci ilin dövlət büdcəsinə dair qanun layihəsinə əsasən, AİF-ə gələn il üçün 35 mln. manat vəsait ayrılıb.

AİF AYİB, AİB, BMK kimi beynəlxalq maliyyə institutları ilə danıışıqlar aparılır, bu şirkətlərlə yaxın zamanlarda maliyyənin cəlb edilməsi ilə bağlı memorandum imzalanacaq.

"Beynəlxalq maliyyə institutları ilə apardığımız danışıqlar göstərdi ki, Yaxın Şərq, Avropa və ABŞ-ın investisiya fondları Fondun maliyyələşdiriliməsində iştirak etməkdə maraqlıdırlar" - deyə Məmmədov qeyd edib.

AİF 2008-2010-cu illər üçün strateji inkişaf planı işləyib hazırlayıb, bu plana təkrar bazarda ipoteka kreditinin formalaşdırılması, ilkin bazarda kreditləşmənin təkmilləşdiriliməsi, Fondun institusional inkişafının davam etdirilməsi daxildir.

2007-ci ilin iyun ayında Fond fəaliyyətini dayandırmasına qədər 67,8 mln. manat məbləğində 1800 kredit maliyyələşdirib. Fondun portfeli 38 mln. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti