...

Azərbaycanda 600 mindən çox yeni iş yeri açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2007 19:13 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Sahib Məmmədovun verdiyi məlumata görə, regionların sosial-iqtsadi inkişafı Dövlət Proqramının qəbulundan keçən müddətdə ölkədə 610 mindən artıq yeni iş yeri yaradılıb. Yaradılmış iş yerlərinin 432 mindən çoxu daimidir və əksəriyyəti regionların payına düşür. Bu müddətdə yeni yaradılmış müəssisələrin sayı 19, 4 minə çatıb ki, onların da8 minə yaxını və ya 40,5% -i regionların payına düşür.

Keçən dövrdə Dövlət Proqramının icrası istiqamətində görülmüş işlərin nəticəsi olaraq, Lənkəran iqtisadi rayonunda 59 mindən çox iş yerləri yaradılmışdır ki, bunun 36 minə yaxını daimidir. O cümlədən, bu müddətdə Lənkəran rayonu üzrə uaradılan 18,5 mindən çox yeni iş yerinin 10 mindən çoxu daimidir.

İqtisadi inkişaf nazirliyinin sahibkarlığa kömək Milli Fondu tərəfindən Dövlət Proqramının qəbulundan keçən dövr ərzində ölkə üzrə 5,8 mindən çox layihənin maliyəlişdirilməsinə 2,3 mln. manat məbləğində kredit vəsaiti ayrılıb. Nəticədə, 54 mindən artıq yeni iş yeri yaradılıb. Maliyələşdirilən layihələrin 90% -qədəri, verilmiş kreditlər nəticəsində, yaradılmış iş yerlərinin 81% - dən çoxu regionların payına düşür.

Lənkəran iqtisadi rayonu üzrə 487 sahibkarlıq subyektinə 14,8 mln. manata yaxın kredit verilib ki, bunun nəticəsində 4 mindən çox yeni iş yerləri yaradılıb. Təkcə 2007-ci ilin 10 ayı ərzində Lənkəran regionunda 46 layihə üzrə 2, 9 mln. manata yaxın kredit verilmiş, nəticədə, regionda 400 -ə yaxın yeni iş yeri yaradılıb.

Xəbər lenti

Xəbər lenti