...

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Misir hökumətlərarası komissiyanın iclasının vaxtı müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2007 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova / Bazar ertəsi günü İqtisadi İnkişaf Nazirliyindən verilən xəbərə görə, iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Misir hökumətlərarası komissiyanın 3-cü iclasının 3-4 dekabrda Bakıda keçirilməsi planlaşdırılıb. Əvvəlki görüş 2005-ci ilin dekabrında Qahirədə keçirilib. Hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Heydər Babayev, Misir tərəfdən isə beynəlxalq əməkdaşlıq üzrə nazir Faiza Əbu əl-Naqadır. Qarşıdakı iclasın gündəliyi hələ hazırlanmasa da, nazirlikdə qeyd ediblər ki, görüşdə əməkdaşlığın bütün istiqamətlərinə baxılacaq. Onların sırasında hazırda Misir tərəfinin xeyrinə inkişaf edən iqtisadi münasibətlərin genişləndirilməsi məsələləri var. Yanvar-sentyabr ayları ərzində ölkələr arasında ümumi mal dövriyyəsi 1.727 mln. dollar təşkil edib. Bununla yanaşı, idxal əməliyyatları 1.688 mln., ixrac isə 0.038 mln. dollar həcmində həyata keçirilib. Misirdən Azərbaycan Respublikasına gətirilən malların nomenklaturasında düyü, dərman preparatları, cihazlar, mexanizmlər, yük avtomobilləri, rezin şinlər var. Azərbaycandan Misirə isə tunel qazmaq üçün maşın ehtiyat hissələri, xalçalar, mebel, yataq komplektləri göndərilib.

Xəbər lenti

Xəbər lenti