...

Azərbaycan prezidenti yeni avtomobil yolunun açılış mərasimində iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2007 12:00 (UTC +04:00)
Azərbaycan prezidenti yeni avtomobil yolunun açılış mərasimində iştirak edib

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmaylova/ Bazar ertəsi Bakı-Gürcüstan (Qərb istiqaməti) magistralının tərkib hissəsi olan Hacıqabul-Kürdəmir avtomobil yolunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Avtomobil yolunun tikintisi 2004-cü ildə başlayıb. Tikinti dövlət büdcəsi, Avaropa Yenidənqurma və İnkişaf Bankının vəsaiti hesabına həyata keçirilib. Yolun uzunluğu 85 km, layihənin ümumi dəyəri isə 97,16 mln. dollardır.

Xəbər lenti

Xəbər lenti