Azərbaycan, Bakı, 30 may/ Trend / İyulun 25 - dək tam yerləşdirilənə qədər saat 11:00-dan 12:30-dək, Bakı Fond Birjasında qeydiyyat №-si 10502820S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə birjanın cümə axşamı yayılan məlumatında deyilir.
DQİ-nin ümumi həcmi - 10 000 000 AZN, bir istiqrazın nominal dəyəri - 200 AZN, istiqrazların tədavül müddəti - 362 gün, ödəmə tarixi - 26 may.
Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]