...

"Bank Respublika" sindikatlaşdırılmış kredit aldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2008 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend Cap "Bank Respublika" və Beynəlxalq İnvestisiya Bankı "Standard Bank Plc." (London) 25 mln. ABŞ dolları həcmində sindikatlaşdırılmışkredit müqaviləsi imzalayıb.

"Bank Respublika"-dan verilən məlumata görə, kredit müqaviləsi 18 ay müddətinə bağlanıb. Bu sindikatlaşdırılmış kreditdə "Standard Bank Plc." ilə yanaşı "Erste Bank" (Avstriya), "Dresdner Bank AG" (Almaniya), "AKA" (Almaniya), "Indover Bank" (Niderland), "Demir-Halk Bank" (Niderland), "Wachovia Bank" (ABŞ), "BCP" (İsveçrə), "FBN Bank Ltd" (Böyük Britaniya) iştirak edirlər.

Sindikatlaşdırılmış kreditin ilkin məbləği 15 mln. ABŞ dolları məbləğində nəzərdə tutulsa da, son nəticədə, bu məbləğ 25 mln. ABŞ dollarınadək artırılmışdır.

Bankda hesab edirlər ki, növbəti sindikatlaşdırılmış kreditin ayrılması "Bank Respublika"-nın beynəlxalq kapital bazarlarında uğurlu fəaliyyətinin və beynəlxalq maliyyə qurumlarının Banka yüksək etibarının göstəricisidir. "Bu müqavilə Bankın müştərilərə kredit verilməsi imkanlarını və onun resurs bazasının diversifikasiya səviyyəsini artırır", - bankdan verilən məlumatda bildirilir.

"Bank Respublika" 1992-ci il mayın 22-dən fəaliyyət göstərir və hazırda Azərbaycanın aparıcı banklarından birinə çevrilib. Bankın səhmdarları sırasında "25% + 1 səhm" paketi ilə Almaniyanın 2 böyük maliyyə təşkilatı - "KfW" və bank qrupunun üzvü "DEG" və Sparkassen-Finanzgruppe üzvü "SIDT" təmsil olunur.

Xəbər lenti

Xəbər lenti