Azərbaycan, Bakı, 21 iyul/ Trend / Azərbaycan, Bakı, 21 iyul/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, iyulun 21- də USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8041 AZN təşkil edib. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında deyilir.
BEST sistemində keçirilən səhər sessiyasinin açılış məzənnəsi hər ABŞ dollara görə 0,8043 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 298 072 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişılməz qalıb.
BEST-in gündüz sessiyanda USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 11 940 885 AZN təşkil edib. Gündüz sessiyasinin nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8041 AZN təşkil edib.
Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $ 15 220 000 və ya 12 238 957 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 1 902 500 ABŞ dolları düşür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,19%, ABŞ dolları üzrə isə illik 16,93 % təşkil edib.
Gün ərzində banklar arasında həcmləri 500 000 AZN, 3 000 000 AZN, müddətləri 60, 90 gün və həcmi 1 500 000 AZN müddəti 120 təşkil edən 3 əqd qeydə alınıb. Banklararası kreditlər üzrə faiz dərəcələri, müvafiq qaydada, illik 15,00%, 17,00% və 15,00% təşkil edib.