Azərbaycan, Bakı, 08 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Dünyanın iri Mərkəzi banklari faiz dərəcələrinin uzlaşdırılmış şəkildə azaldılmasını elan ediblər. ABŞ - ın Federal Ehtiyat Sistemi dərəcəni 0,5 faiz bəndi ї illik 1,5 faizədək, Avropa Mərkəzi Bankı ї 3,75 faizədək, İngiltərə Bankı ї 4,5 faizədək azaldıb. Yaponiya Bankı faiz dərəcəsini 0,5 faiz səviyyəsində dəyişməz saxlayan yeganə bank olub.
Britaniyanın iqtisadi araşdırmalar üzrə aparıcı konsaltinq şirkətlərindən biri Capital Economics Ltd-nin baş beynəlxalq iqtisadçısı Culian Cessopun (Julian Jessop) rəyinə görə, faiz dərəcələrinin uzlaşdırılmış şəkildə azaldılması maliyyə böhranının həllinə doğru atılan sonuncu addım olmayacaq, banklar dərəcələri yenə də azaltmalı olacaqlar.
їFaiz dərəcələrinin azaldılması müvəqqəti etibar dəstəyini təmin etsə də, güman edirik ki, daha çox şey etmək lazımdırї, - Cessop çərşənbə günü elektron poçtla Trend -a bildirib.
Onun sözlərinə görə, їmərkəzi bankların belə təcili tədbirlər görməsi faktı bazar şəraitinin nə dərəcədə pisləşdiyini vurğulayırї.
Azalmaya baxmayaraq, həm İngiltərə, həm də Avrozonada faiz dərəcələri yüksək olmaqda davam edir və azalma onların ödənilməsinə kifayət etməyəcək,- Cessop hesab edir.
Capital Economics-in proqnozlarına əsasən, İngiltərədə dərəcələr 2,5 faiz, Avrozonada 2 faiz, ABŞ - da 0,5 faizədək azalacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]