Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir Ü.İsmayılova/ Trend -ın "Baltika" pivə şirkəti" ASC-nin prezidenti Anton Artyomovla müsahibəsi.
- "Baltika" Azərbaycan zavodunun hazırkı brendini saxlamağı planlaşdırır, yoxsa pivənin "Xırdalan" və "33-Eksport" adı dəyişdiriləcək?
- Biz pivənin yerli növünü saxlamağı planlaşdırırıq. Hər halda idxal üzrə məşhur növlər birincilik təşkil edir və yerli məhsul həmişə bazarın xeyli hissəsini tutur. Azərbaycan da bu mənada istisna deyil.
- Azərbaycan üçün özünəməxsus pivə növü yaradacaqsınızmı?
- Hiss etsək ki, tələbat var, onda təkcə yerli bazarda deyil, həm də şirkətin iştirak etdiyi bütün bazarlarda yayılacaq xüsusi növlər yaradacağıq.
- Azərbaycanın pivə bazarının real vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanın pivə bazarı bu gün inkişafın ən başlanğıc mərhələsindədir. Burada pivəni az içirlər, adambaşına yalnız altı litr pivə düşür ki, bu da əksər ölkələr arasında ən aşağı göstəricilərdən biridir. Azərbaycanda pivəni ona görə az içirlər ki, alkoqollu içkilərin strukturunda tünd formalar var. Hər bir ölkənin alkokoldan istifadə ilə bağlı milli xüsusiyyətləri var. Buna baxmayaraq, tünd içkilərdən istifadənin azalması hesabına bazarda artımla bağlı müəyyən perspektivlər var.
- Azərbaycanın pivə istehsalı zavodunda avadanlıqların modernləşdirilməsi proqramına nələr daxildir və bu işin nə vaxt həyata keçirilməsi planlaşdırılır?
- Dəyişikliklər demək olar ki, bütün istehsal sahələrinə toxunacaq, o cümlədən avadanlığın yenidən təchiz edilməsi pivənin bişirilməsi, süzülən pivənin filtirdən keçirilməsi mərhələlərində olacaq və zavodun bütün avadanlığı təzələnəcək. Zavodun avadanlığının yenidən təchiz edilməsinə biz təxminən $20 mln.yatırmağı planlaşdırmışıq. Bu məbləğ bir az artırıla da bilər. Bütün bu vəsaitlər yatırılacaq və zavod 2009-cu ildə Azərbaycanda yeni pivə mövsümü başlayanadək yenilənəcək. Zavod yeniləşəndən və modernləşəndən sonra müəssisədə yalnız birinci mərhələdə yerli işçiləri təlimatlandırmaq üçün rusiyalı mütəxəssislər dəvət olunacaq, gələcəkdə isə burada yalnız azərbaycanlı mütəxəssislər işləyəcək.
- Sizin qiymətləndirmələrinizə görə Azərbaycanda mövsümlə əlaqədar pivədən istifadə 14 dəfə artır. Bu artım nə ilə izah edilə bilər?
- Bəli, Rusiyada mövsüm və ya qeyri-mövsüm dövrü arasındakı fərqin iki dəfə olduğunu nəzərə alsaq, bu çox böyük fərqdir: bu isifadə mədəniyyəti ilə bağlıdır. Bu mədəniyyətin inkişafı ilə kafe və restoranlarda pivədən istifadə artır ki, bu da pivədən mövsümi istifadəni tənzimləyir.
- Azərbaycan məhsulunun satışında "Baltika"nın prioritetləri daha çox daxili bazarla, yoxsa ixrac bazarı ilə bağlıdır?
- Əlbəttə, bizim üçün Azərbaycan bazarı prioritet təşkil edir, iqtisadiyyat "pivəni harada istehsal edirsən, elə orada da sat" prinsipini diktə edir. Bu, istehlakçılar üçün yaxşıdır, çünki biz onlara təzə pivə tədarük edirik, xərclərin əsas tərkib hissəsini təşkil edən nəqliyyat xərclər isə, xeyli azalır. Buna baxmayaraq, biz pivənin Gürcüstana, Orta Asiyaya və yerli imkanlar kifayət etməyəcəyi təqdirdə, ola bilsin Rusiyaya ixrac edilməsi imkanlarını təhlil edəcəyik. Biz keyfiyyətli Azərbaycan pivəsini əminliklə Rusiyaya tədarük edə bilərik, çünki burada istehsal ediləcək pivə heç bir parametrlər üzrə fərqlənməyəcək.
- Qiymət siyasəti ilə bağlı nə deyə bilərsiniz? Pivənin qiymətinin azaldılması planlaşdırılırmı?
- Biz ümid edirik ki, yerli istehsala keçməklə və əmək məhsuldarlığını artırmaqla qiymət artımının qarşısını ala və ya inflyasiya, elektrik enerjisinin dəyəri, nəqliyyat xərcləri kimi elementləri azalda bilərik. Lakin hər bir halda yerli pivə idxal ediləndən ucuz olacaq.
Yerli bazarda rəqabətdən danışanda isə, bizim məqsədimiz yerli istehsalçıları sıxışdırmaq deyil, çünki yerli növlərə həmişə daha çox tələbat olur Lakin onlar bizimlə keyfiyyət göstəricisi, qiymət və müasir iş üslubları üzrə yarışmalı olacaqlar.
- MDB-nin digər ölkələrində pivə istehsalına başlamaqla bağlı planlarınız varmı?
- Hazırda biz buna oxşar zavodu MDB-nin heç bir ölkəsində əldə etməmişik. Bu, bizim ilk zavodumuzdur. Biz lisenziya üzrə Böyük Britaniyada və Ukraynada pivə istehsal edirik və ilin sonunadək Özbəkistanda istehsala başlamağı planlaşdırırıq.
- Dünya maliyyə böhranı "Baltika"nın fəaliyyətinə nə dərəcədə təsir göstərib?
- Dünya maliyyə böhranı dramatik cəhətdən bizə təsir göstərməyib, lakin onu tamamilə hiss etmədik desək, düzgün olmaz. Böhran bizim alıcı-distribütorların likvidliyinə təsir göstərib, lakin buna baxmayaraq, biz məhsulumuzun bazara axınının dayanmaması üçün çıxış yolu axtarırıq. Maliyyə böhranının son istehlakçılar üçün əhəmiyyət daşıyacağı böhranın dərinliyindən və istehlak qabiliyyətinə təsirindən asılı olacaq ki, bunun haqqında danışmaq isə hələ tezdir.