Azərbaycan, Bakı, 17 noyabr/ Trend /2008-ci il noyabrın 1-nə olan vəziyyətə görə, Texnika Bank - ın aktiv plastik kartlarının sayı ilin əvvəli ilə müqayisədə 18,71 faiz artaraq, 41309 ədəd təşkil edib, - bankın bazar ertəsi yayılan məlumatında bildirilir. Ötən ilin analoji dövrü ilə müqayisədə artım 20,34 faiz təşkil edib.
Texnika Bank cari ilin sonunadək plastik kartların sayını 45000, kassa terminallarının sayını 400 və bankomatların sayını 50-dək artırmağı planlaşdırır.
Məlumatda bildirilir ki, Texnika Bank və Novco arasında müqavilə çərçivəsində, Novco Şirkətlər Qrupunun mağazalar şəbəkəsində endirim kampaniyası davam edir.
İlin sonunadək bank yeni layihələrin realizəsini və müştərilərə yeni məhsul və servislərin təklif edilməsini planlaşdırır. Dünya bazarında özünün məşhur brendləri ilə tanınmış mağazalarla yeni güzəşt kampaniyasının həyata keçirilməsi istiqamətində müqavilələrin imzalanması və müxtəlif turizm şirkətləri ilə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur
2008-ci il oktyabrın 1- nə olan vəziyyətə görə, ölkədə buraxılmış kartların sayı 3 352 min ədəd təşkil edib.
Noyabrın 17-nə olan cari mübadilə məzənnəsi -- 0,8098 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]