...

BTA bankının rəhbəri xidməti vəzifəsindən uzaqlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2009 10:55 (UTC +04:00)

Qazaxıstan, Astana, 02 fevral / Trend , müxbir K.Konırova/ Qazaxıstanın kommersiya bankı "BTA bank"ın Direktorlar Şurasının sədri Muxtar Ablyazov xidməti vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə bazar ertəsi hökumətin iclasında Qazaxıstan Respublikasının Baş naziri Kərim Məsimov məlumat verib.
"BTA bank" SC-nin Direktorlar Şurasının sədri Ablyazov və "BTA bank" SC-nin Ä°darə Heyəti sədrinin birinci müavini Jaksılık Jarimbetov fəaliyyətlərinin bank əmanətçiləri və kreditorlarının maraqlarına müvafiq olmaması və qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməməsi ilə əlaqədar olaraq xidməti vəzifələrindən uzaqlaşdırılıb", - deyə Məsimov bildirib.
Hökumət rəhbəri bildirib ki, həmin andan dövlət bu bankın idarəsinə başlayır. O əlavə edib ki, "hökumətin iclasından sonra Direktorlar Şurasının iclası keçiriləcək və burada bu maliyyə institutunun yeni rəhbərləri təyin ediləcək".

Xəbər lenti

Xəbər lenti