...

Azərbaycan bankı United Credit Bank birinci kvartal üzrə maliyyə göstəricilərini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2009 19:04 (UTC +04:00)

Azərbaycan, Bak, 16 aprel / Trend /

"United Credit Bank" ASC-nin aktivlərinin ümumi həcmi 2009-cu il aprelin 1-nə 32,6 mln. manat olub ki, bu da ötən ilin eyni dövrünə olan göstərici ilə müqayisədə 7% çoxdur, - bank tərəfindən yayılan məlumatda deyilir.

Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 13,5 mln. manat, nizamnamə kapitalının həcmi isə 12,11 mln. manat olub.

2009-cu il aprelin 1-nə bankın depozit portfelinin ümumi həcmi 8,5 mln. manat, cəlb edilmiş müddətli depozitlərin həcmi isə 6,5 mln. manat olub. Müddətli depozitlərin həcmi 2008-ci ilin eyni dövrü ilə müqayisədə 10% çox olub. Depozitlərin cəlb edilməsi sahəsində inkişaf tempini saxlayan "United Credit Bank" ASC yalnız bu ilin mart ayı ərzində bu göstəricini 5,5% artırmağa nail olub.

Bankın fiziki şəxslərdən qəbul etdiyi əmanətlərin həcmi də mart ayı ərzində 6,5% artaraq, 2009-cu il aprelin 1-nə 5,5 mln. manat səviyyəsinə çatıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətdə 11,2% çoxdur. Fiziki şəxslərin bankda yerləşdirdikləri tələbli depozitlərin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,0% artaraq, 2009-cu il aprelin 1-nə 1,7 mln. manat təşkil edib. 

Bankın kredit portfeli 2009-cu il aprelin 1-nə 22,8 mln. manat olub ki, bu da 2008-ci ilin eyni dövrünə olan göstəricidən 12% çoxdur. Hesabat dövrünün sonuna bankın təqdim etdiyi istehlak kreditlərinin həcmi isə 9,4 mln. manat olub ki, son 3 ayda bu göstərici 4% artıb.

2009-cu ilin birinci rübünün yekunları üzrə bankın ümumi gəlirləri 1,3 mln. manat, o cümlədən faiz gəlirləri 1,2 mln., qeyri-faiz gəlirləri isə 149 min manat təşkil edib.

"United Kredit Bank" ASC 1996-cı ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 5 filialı fəaliyyət göstərir. Bank Bakı Fond Birjasının təsisçilərindən biri, SWIFT, Bakı Banklararası Valyuta Birjasının üzvü və Banklararası Mütəşəkkil Kredit Bazarının fəal iştirakçısıdır.

Bankın Avstriya, Belçika, Türkiyə, Rusiya, Qazaxıstan kimi ölkələrin aparıcı banklarında müxbir hesabları var.

Aprelin 16-na olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti