Prezident İlham Əliyevin sərəncamına əsasən, Vüqar Səfərəli Azərbaycan Prezidenti yanında Kütləvi İnformsiya Vasitələrinə Dəstək Dövlət Fondunun icraçı direktoru təyin edilib.
Digər sərəncamla dövlət başçısı fondun müşahidə şurasının üzvlərini təyin edib.
Dövlət orqanları tərəfindən fonda Vüqar Əliyev Prezident Administrasiyasının mətbuat və informasiya orqanları üzrə siyasi-ictimai şöbəsinin rəhbəri, Faiq Qurbanov Azərbaycanın Ədliyyə Nazirliyinin insan haqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və Zöhrə Əliyeva Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi dövlət fondunda təmsil olunublar. KİV-lərdən Rəşad Məcidov "525-ci Qəzet"in baş redaktoru, Vuqar Rəhimzadə "İki sahil" qəzetinin baş redaktoru, Bəxtiyar Sadıxov "Azərbaycan" qəzetinin baş redaktoru, eləcə də jurnalist təşkilatlarından Əflatun Amaşov Mətbuat Şurasının sədri, Müşfiq Ələsgərli Jurnalistlərin Həmkarlar İttifaqının sədri və Ümid Mirzəyev "Avrasiya" Beynəlxalq mətbuat fondunun sədri təmsil elunacaqlar.