...

Gürcüstanda türk tankeri saxlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2009 20:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan sərhədçiləri türk bayrağı altında üzən KARAGAL tankerini həbs edib.

"Gəminin həbsi Batumi rayonunda gəmiçilik qaydalarının pozulması səbəbindən baş verib", - Trend -a Gürcüstanın sərhəd polisindən deyilib.

Gürcüstanın inzibati məcəlləsinə əsasən, tankerə 50 min lari həcmində cərimə kəsiləcək.

Cərimənin ödənilməsindən sonra КARAGAL tankerinə üzmək icasəzi veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti