...

Azərbaycan bankı Texnikabank beynəlxalq kapital bazarından asılılığını minimuma endirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir N.İsmayılova /

İlin əvvəlindən Azərbaycan bankı Texnikabank xarici öhdəçiliyini 19 faizdən 6 faizədək azaldıb. Bu barədə bankın İdarə Heyətinin sədri Samir Hüseynov məlumat verib.

Onun sözlərinə görə, ilin əvvəlində bank xarici öhdəçiliyə 27 milyon dollar ödəyib.

Bu gün bankın ötən ildən buraxılmış ümumi məbləği 26 milyon dollar olan təmin edilməmiş istiqrazlarının, Morgan Stanley-dən alınmış 25 milyon dollar kredit və Citybank-dan götürülmüş 20 milyon dollar kreditin ödənilməsi başa çatdırlır. Hazırda bankın xarici asılılığının ümumi həcmi 23 milyon dollardır.

"İlin sonlarına qədər xarici öhdəçiliyə ödəmə gözlənilmir. Alınmış vəsaitə görə növbəti ödəmə 2010-cu ilin mayına planlaşdırılır. Texnikabank-ın beynəlxalq maliyyə bazarlarından asılılığı minimuma endirilir, buna müvafiq olaraq yenidən maliyyələşmə üçün risk qalmır", - Hüseynov bildirib. 

31 may 2009-cu ilə olan göstəriciyə görə, Texnikabank-ın aktivləri 447,6 milyon manat təşkil edib.

İyulun 06-na olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti