...

Azərbaycanda torpaq sahələrinin alqı-satqısı üzrə Almaniya təcrübəsindən istifadə imkanı müzakirə edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2009 16:35 (UTC +04:00)
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) torpaq sahələrinin alqı-satqısı sahəsində Almaniya təcrübəsinin Azərbaycanda tətbiq edilməsi imkanlarını nəzərdən keçirib, həmçinin bu sahədə mövcud olan beynəlxalq qanunvericilik üzrə fikir mübadiləsi aparıb.
Azərbaycanda torpaq sahələrinin alqı-satqısı üzrə Almaniya təcrübəsindən istifadə imkanı müzakirə edilir

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) torpaq sahələrinin alqı-satqısı sahəsində Almaniya təcrübəsinin Azərbaycanda tətbiq edilməsi imkanlarını nəzərdən keçirib, həmçinin bu sahədə mövcud olan beynəlxalq qanunvericilik üzrə fikir mübadiləsi aparıb. Bu barədə Dövlət Komitəsinin cümə günü yayılmış məlumatında deyilir.

Müzakirələr cümə günü Bakı şəhərində "Almaniyada dövlətin daşınmaz əmlakının idarə olunması və dəyərləndirilməsi" mövzusunda seminar zamanı aparılıb.

Seminarda almaniyalı ekspertlər, komitənin mərkəzi aparatının, komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma mərkəzlərinin əməkdaşları iştirak ediblər.

Seminarda GTZ-nin layihə rəhbəri Volf Şmider və ekspert Manfred Lange (Daşınmaz əmlak üzrə Federal Agentliyin əməkdaşı) agentliyin fəaliyyəti haqqında, həmçinin Almaniyada və digər Avropa ölkələrində daşınmaz əmlakın növləri, onun idarə olunması, bu sahədə mövcud olan marketinq alətlərinin xüsusiyyətləri barədə danışıb.

Dövlət Komitəsinin nümayəndələri də öz növbəsində dövlət müəssisələrinin idarə edilməsi, restrukturizasiyası və sağlamlaşdırılması, həmçinin daşınmaz əmlakın dövlət reyestrininin və vahid kadastrının, habelə ünvan reyestrinin aparılması, daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi məqsədi ilə beynəlxalq əməkdaşlıq əlaqələrinin davam etdirilməsinə hazır olduqlarını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti