...

FHN-in qəbul komissiyası xəbərdarlıq edir: Keyfiyyətsiz tikililər qəbul edilməyəcək!

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2009 10:52 (UTC +04:00)
Bakıda kifayət qədər keyfiyyətsiz yaşayış binaları tikilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tikintinin qiymətləndirilməsi mərkəzinin direktoru Kamil Muradov cümə günü bildirib.
FHN-in qəbul komissiyası xəbərdarlıq edir: Keyfiyyətsiz tikililər qəbul edilməyəcək!

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Bakıda kifayət qədər keyfiyyətsiz yaşayış binaları tikilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tikintinin qiymətləndirilməsi mərkəzinin direktoru Kamil Muradov cümə günü bildirib.

"FHN-in qəbul komissiyasından keçən tikililərin keyfiyyəti ilə bağlı heç bir problemi yoxdur", - Muradov deyib.

Onun sözlərinə görə, qəbul komissiyası heç bir halda keyfiyyətsiz binaları qəbul etmir. Çünki əgər bu binalarda kommunal xidmətlər fəaliyyətə başlayarsa, müxtəlif səviyyələrdə bədbəxt hadisələr qaçılmaz olacaq.

Bununla əlaqədar olaraq, mərkəzin direktorunun sözlərinə görə, yaşayış binalarına qaz onların yanğın, seysmoloji və digər normalara uyğun olduğu zaman verilə bilər.

"FHN-in qəbul komissiyası bu normalara cavab verməyən binaları qəbul etməyəcək. Bədbəxt hadisələrin baş verməməsi üçün Dövlət Agentliyinin mütəxəssisləri inşaat işlərinin bütün mərhələlərində fəal iştirak edirlər", - Muradov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti