...

Azərbaycanda "İnşaat 2010" adlı kataloq nəşr edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2009 17:54 (UTC +04:00)
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi "İnşaat 2010" kataloqunu buraxıb.
Azərbaycanda "İnşaat 2010" adlı kataloq nəşr edilib

Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir Ü.İsmayılova/

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi "İnşaat 2010" kataloqunu buraxıb.

Kataloqda fəaliyyətdə olan tikinti şirkətləri, binaların, biznes mərkəzlərinin, otellərin layihələri, həmçinin tikililərin şəkilləri, daxili planlama, şəhər xəritəsində onların yeri haqqında məlumatlar təqdim edilib.

Təşkilat "Əmlak bazarı terminləri" (2005), Daşınmaz əmlak bazarı və rieltor" (2005), "Azərbaycanın daşınmaz əmlak bazarı: faktlar və analizlər" (2006), "Regionların inkişafı: Şimal regionu" (2007) kitablarını nəşr edib. Bununla yanaşı, "Əmlak bazarı" jurnalının nəşri də davam edir.

"Əmlak Bazarı İştirakçıları" həmçinin tikinti şirkətləri arasında keçirilən "Qızıl Qala" müsabiqəsinin təşkilatçısıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti