...

Azərbaycanda "donuz qripi"ndən vaksinləmə könüllü sürətdə aparılacaq - Gigiyena və Epidemiologiya Mərkəzi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2009 15:56 (UTC +04:00)
Azərbaycanda "donuz qripi" - A/H1N1 virsuna yoluxan 14 nəfərdən 9-nun yaşı 18-ə qədər olub. Bu barədə Azərbaycan Gigiyena və Epidemiologiya Mərkəzinin məsul işçisi Elmira Əliyeva çərşənbə axşamı bildirib.
Azərbaycanda "donuz qripi"ndən vaksinləmə könüllü sürətdə aparılacaq - Gigiyena və Epidemiologiya Mərkəzi

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda "donuz qripi" - A/H1N1 virsuna yoluxan 14 nəfərdən 9-nun yaşı 18-ə qədər olub. Bu barədə Azərbaycan Gigiyena və Epidemiologiya Mərkəzinin məsul işçisi Elmira Əliyeva çərşənbə axşamı bildirib.

"Onlardan biri Fransadan artıq yoluxmuş halda gəlmişdi. 5 nəfəri Ukraynadan, 2-si Londondan, 1-i isə Türkiyədən gəlib. Qalan 5 nəfər isə xəstələrlə əlaqədə olan şəxslər olub", - Əliyeva deyib.

Onun sözlərinə görə, 12 xəstə qospitallaşdırılıb, iki nəfər isə ambulator müalicə alıb. Ukraynadan gələn xəstələrdən birinin vəziyyəti çox ağır olub. Həmin xəstə Elmi-Tədqiqat Agciyər Xəstəlikləri İnstitutunda müalicə kursuna davam edir. Onun sabah evə buraxılacağı ehtimal edilir.

Əliyeva bildirib ki, "donuz qripi"nin proflaftikası məqsədilə dekabrın əvvəllərindən Azərbaycanda vaksinləmə aparılacaq. Vaksinləmə əsasən tibb personalı, gömrük orqanlarının əməkdaşları və risk qrupuna daxil olan, xüsusilə də xroniki xəstəliyi olan, zəif immunitetli şəxslər və hamilə qadınlar (hamiləliyin ikinci və üçüncü mərhələsi) arasında aparılacaq.

Əliyeva həmçinin qeyd edib ki, vaksinləmə könüllü surətdə aparılacaq.

Vaksinləmənin mümkün təsirlərindən danışan Əliyeva deyib ki, vaksinlər bu yaxınlarda hazırlanıb və hələlik əlavə təsirləri aşkar edilməyib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, indiyədək "donuz qripi"ndən 209 ölkədə 6,260 min nəfər ölüb. Onlardan 5336 faktda A/H1N1 virusunun olması təsdiqini tapmayıb.

Azərbaycanda isə indiyədək bu qripə 14 yoluxma halı aşkar edilib. Onlardan 13-ü tam sağalıb, bir nəfər isə Ağciyər Xəstəlikləri İnstitutunda yerləşir. Xəstə sabah, sonuncu tam müayinədən sonra evə buraxılmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti