...

Quşçuluq müəssisəsi səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı Bakı Fond Birjasına müraciət edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2010 19:29 (UTC +04:00)
15 fevral 2010-cu il tarixindən etibarən Bakı Fond Birjasında (BFB) "İsmayıllı-Quşçuluq" ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılacaq. Bu barədə BFB-nin çərşənbə günü yayılmış məlumatında deyilir.
Quşçuluq müəssisəsi səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı Bakı Fond Birjasına müraciət edib

Azərbaycan, Bakı, 27 yanvar / Trend /

15 fevral 2010-cu il tarixindən etibarən Bakı Fond Birjasında (BFB) "İsmayıllı-Quşçuluq" ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılacaq. Bu barədə BFB-nin çərşənbə günü yayılmış məlumatında deyilir.

Emissiyaların həcmi 140 min manat, qiymətli kağızların sayı isə hər birinin nominal dəyəri iki manat olmaqla 70 min ədəddir.

Səhmlərin yerləşdirilməsi anderreyteri qismində "Chelsea Capital" MMC çıxış edir.

"İsmayıllı-Quşçuluq" ASC həmçinin adi sənədsiz adlı səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı Bakı Fond Birjasına müraciət edib.

Yanvarın 27-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti