...

Azərbaycanın bank sənayesi şəffaflıq və səmərəli idarəetmə standartlarına nümunədir - London Sitinin lord-meri

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2010 18:03 (UTC +04:00)
Azərbaycan Böyük Britaniya və bəzi Aİ ölkələri üçün iri ixrac bazarıdır. Bunu London Sitinin lord-meri Alderman Nik "Böyük Britaniya Azərbaycanda" ticarət-investisiya forumundakı çıxışında deyib.
Azərbaycanın bank sənayesi şəffaflıq və səmərəli idarəetmə standartlarına nümunədir - London Sitinin lord-meri

Böyük Britaniya, London, 10 mart / Trend , müxbir N.İsmayılova/

Azərbaycan Böyük Britaniya və bəzi Aİ ölkələri üçün iri ixrac bazarıdır. Bunu London Sitinin lord-meri Alderman Nik "Böyük Britaniya Azərbaycanda" ticarət-investisiya forumundakı çıxışında deyib. Martın 8-də Londonda keçirilmiş forum Yaxın Şərq Assosiasiyası və Azərbaycan Beynəlxalq Bankı tərəfindən təşkil olunub.

"Bu konfrans bu gün vaxtında keçirilən tədbirdir, Briyaniya biznes nümayəndə heyətlərinin Bakıya iki səfərinin nəticəsidir və Böyük Britaniyanın maliyyə xidmətləri sektorunun Azərbaycana geniş marağını göstərir", - Alderman deyib.

Onun sözlərinə görə, Azərbaycan inkişaf etməkdə olan bazarın mühüm təmsilçisi qismində nəzərdən keçirilir. Hazırda Azərbaycanda 160-dan çox Böyük Britaniya şirkəti fəaliyyət göstərir. Onlar arasında kiçik və orta müəssisədən tutmuş ABƏŞ, Rolls Royce, BP kimi böyük şirkətlər var.

"Azərbaycan Rusiya və Ukraynadan sonra Şərqi Avropada və MDB-də Böyük Britaniyanın üçüncü iri ixrac bazarıdır", - lord-mer bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti neft və qazdan asılılığın azaldılması məqsədi ilə əsasən metanol istehsalı, maliyyə xidmətləri və turizm sahələrində iqtisadiyyatın diversifikasiyası üzrə iş aparır.

"Həmçinin, Azərbaycanda maliyyə şəffaflığının və korporativ idarəetmənin yaxşılaşdırılması üzrə investisiya qoyuluşları artımının stimullaşdırılması üzrə tədbirlərin keçirilməsinə ehtiyac var", - o deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı dünya maliyyə böhranının təsirinə bir o qədər də məruz qalmayıb və ölkənin bank sektoru son altı ildə dinamik inkişaf edərək 900 faiz artıb. Ölkənin bank sektorunda Azərbaycan Beynəlxalq Bankının payı 50 faizə yaxın təşkil edib.

Ölkənin Mərkəzi Bankı xarici bankları Azərbaycan iqtisadiyyatına daxil olmağa təşviq edir.

"Bu gün Azərbaycanın bank sənayesi şübhəsiz ki, şəffaflıq və səmərəli idarəetmə standartlarına nümunədir", - Alderman bildirib.

O öz çıxışında ümidvar olduğunu bildirib ki, gələcəkdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli ticarət və investisiya imkanları artacaq.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan Böyük Britaniya onun inkişafında əsas rol oynayıb.

Böyük Britaniyanın dəstəyi ilə Azərbaycan ən iri və strateji baxımdan mühüm olan "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin inşası layihəsinin həyata keçirilməsinə başlayıb. Bu gün Böyük Britaniya Azərbaycan iqtisadiyyatında ən iri xarici investordur və Britaniya şirkətləri ölkə iqtisadiyyatının müxtəlif sektorlarında fəaliyyət göstərir.

Onun sözlərinə görə, hazırda ölkədə 170-dən çox Britaniya şirkəti fəaliyyət göstərir. Azərbaycanda 5 minə yaxın Böyük Britaniya vətəndaşı yaşayır və işləyir.

Xəbər lenti

Xəbər lenti