Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir Ü.İsmayılova/
Azərbaycan Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondu (AİF) avtomobil sığortaçısı seçmək üçün tender elan edib. Bu barədə çərşənbə axşamı AİF-dən bildirilib.
"Elan edilmiş müsabiqə çərçivəsində fondun bazasında olan avtomobil vasitələrinin, fondun inzibati binasının və əmlakının sığortası üçün, o cümlədən, əməkdaşların könüllü tibbi sığortası üçün sığortaçı seçiləcək", - fonddan bildirilib.
Müsabiqədə iştirakın dəyəri 20 manat təşkil edir. Sığorta şirkətlərinin təklifləri aprelin 8-dək qəbul olunacaq. Tender prosedurları aprelin 9-da AİF-in inzibati binasında keçiriləcək.