...

Azərbaycanın sığorta şirkəti nizamnamə kapitalını təxminən 1 milyon manat artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2010 16:36 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hər birinin nominal dəyəri 274 AZN olan 13 500 ədəd adi, sənədsiz, adlı səhmlərini dövlət qeydiyyatına alıb. Bu barədə Dövlət Komitəsinin çərşənbə günü yayılan məlumatında deyilir.

Səhmlər hər birinin nominal dəyəri 200 AZN olan 13 500 ədəd adi, adlı, sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək. Bunun nəticəsində şirkətin nizamnamə kapitalı hazırkı 2,7 milyon manatdan 3,699 manatadək artacaq.

"Atəşgah" sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib və sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanı 1997-ci ilin əvvəlində alıb. Şirkətin səhmdarı "Kapital" sığorta qrupuna daxil olan "Norcross" şirkətinin 49 faiz səhmlərini alan "I.S.R. Holding Ltd"dir. Qalan 30 faiz ARDNŞ-nin, 21 faiz isə "RAN-Eksim" şirkətinin payına düşür.

Martın 17-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti