...

Azərbaycanda 150 kiloqramdan çox keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2010 20:43 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında keçirdiyi növbəti monitorinqlər zamanı 150 kiloqramdan çox vaxtı ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda 150 kiloqramdan çox keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında keçirdiyi növbəti monitorinqlər zamanı 150 kiloqramdan çox vaxtı ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Monitorinqlər Bakının Nəsimi, Nərimanov, Səbail və Nizami rayonlarında, həmçinin Gəncə, Şəki və Siyəzən rayonlarında aparılıb.

Mağazalardan qənnadı məhsulları, kolbasa, yağlar, un məmulatları, süd və süd məhsulları, sərinləşdirici içkilər, meyvə şirələri, çay, pivə və s. satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti